Bu gün Bakı şəhəri, Xətai rayonunda 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
11:09
Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.
Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.
Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.
A.M.