Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda yanğınsöndürəndən cəsarətli addım
Nəsimi rayonunda, mənzildə yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Asif Məhərrəmov, 34 ünvanında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Yanğın mənzilin mətbəxində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb".
Qeyd edək ki, yanğınsöndürənlərdən biri yanğının qarşısını almaq üçün təhlükəni gözə alaraq pəncərədən mənzilə daxil olmağa çalışıb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Lənkəranda evə ildırım düşüb: Yanğın olub
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub
- Moskvada ticarət mərkəzində baş vermiş yanğın söndürülüb
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib