Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarında paylaşım edilib.
"Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!" - deyə paylaşımda qeyd edilib.
Qardaş #Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizə son dərəcə kədərləndirdi.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 4, 2024
Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!@MFATurkiye @TC_Disisleri
Xatırladaq ki, Türkiyənin Kayseri vilayətində 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus "SF-260D" tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarədə olan iki pilot şəhid olub.