Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda yaşayış binasında güclü yanğın olub
Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3500 kvadratmetr olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Yuxuya gedən yeniyetmə ölümdən son anda qurtuldu: Bakıda yanğın
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- Şəmkirdə qohumundan oğurluq edən şəxs evi yandırdı
- İranda qadın yanacaqdoldurma məntəqəsində avtomobili ilə birgə YANDI
- Pensilvaniyada aerokosmik sənaye istehsalı zavodunda güclü yanğın başlayıb