Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
16:54
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında yanğın başalyıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, yaşayış binasının ikinci blokunda başlayan yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.