Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə və mətbəx əşyaları qismən yanıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
S.B.
www.oxu.az