Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən General Şıxlınksi küçəsi ev 39 mənzil 214 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 78 yaşlı Kononnikov Yuri Mixayloviç özünü 8-ci mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
www.oxu.az