Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanan zaman yeddi nəfərə hadisə yerində yardım edilib.
Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə zamanı üç kişi, üç qadın və bir uşağa həkimlər yerində yardım göstəriblər.
11:56
Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə yerinə iki təcili yardım briqadası göndərilib:
“Yataqxanadakı yanğın zamanı bir nəfər 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Həmin şəxs xəstəxanaya aparılıb”.
İlhamə Əbülfət
Rəylər