Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
Beşmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı dörd nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rəylər