Bakı metrosunun “Gənclik” stansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, yeni hab sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasında da böyük əhəmiyyətə malikdir.
PhotoStock.az-ın əməkdaşı mübadilə mərkəzindən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.az
Rəylər