Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda yeni park salınacaq
Son illər Bakıda 400-ə yaxın yeni park salınıb və mövcud parkların bir qisminin ərazisi genişləndirilib.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, "Sevgililər Parkı"nın ərazisi də genişləndiriləcək. Belə ki, parkın yaxınlığında yerləşən boş sahələr də onun inzibati ərazisinə daxil ediləcək.
Bundan əlavə, paytaxtda 5 hektar ərazidə yeni parkın salınması üçün layihə hazırlanacaq. Eyni zamanda, Bakı şəhərində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Bakının yaşıllaşdırılması" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
- "McDonald's Azərbaycan" şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib
- Bakıda metro xətlərini genişləndirmədən mobillik planlarını inkişaf etdirilmək mümkünsüzdür
- Bakıda yeni park salınacaq
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi