Bakıda yaşayış binasının həyətinə qartal düşüb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hələlik quşun düşməyinin səbəbi bəlli deyil.
Qartalın yerə düşüdüyünü binanın gözətçisi görüb. Daha sonra quşu mühafizəçi otağına aparıb, yemək verib. Qartalı görənlər onun başına yığılıb. Heç kim qartalı evə aparıb, qullut göstərməyə cürət etməyib, Səkinə Nəhmətovadan başqa...
Səkinə xanım deyir ki, heyvanlara sevgisi bir başqadır.
Bayırda yaralı it, pişik görəndə evə gətirib, qulluq edir. Deyir, həyətdə it saxlayırmış, ancaq bir müddət öncə sahibsiz itləri kütləvi şəkildə öldürəndə onun itini də digər heyvanlarla birlikdə gülələyiblər. Deyir ki, iti bəzi insanlardan daha vəfalı olub. Hara getsə, onunla birlikdə gedir, gözləyirmiş, bir-birlərinə çox bağlanıblarmış. Səkinə xanım o hadisədən sonra sarsılsa da, qartalı evinə gətirməklə təsəlli tapıb.
Səkinə Xanım deyirik , dünən tapmışıq deyə, bir az özünə gəlsin sora fikirləşərik, bunu hara yerləşdirək. Qartaldan ayrılandan sonra əfsus ki, sarsılacağam.
Qartal ev heyvanı olmadığına görə evində saxlaya bilməməsindən çox təəssüflənir. Deyir ki, ev heyvanı olsaydı, heç yerə verməzdi, özü saxlayardı. Qonşular qartalı evə aparmasalar da, gəlib heyvanın necə olduğu ilə maraqlanırlar.
Qartalın bir gözü görmür. Dedilər ki, həyətə düşəndə belə olub. Əgər zədəsi olsaydı, bilinərdi, ən azından qanayardı.
Səkinə Xanım onu da qeyd etdi ki, qartal ətlə qidalanır.
İnsanların sevgiyə, qayğıya ehtiyacı olduğu kimi heyvaların da diqqətə, qayğıya ehtiyacı var, elə bu qartal kimi...
www.oxu.az