Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin, sürücülərin və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, "L" və "A" tipli işıqfor dirəkləri üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni işıqforların istifadəyə verilməsi kəsişmədə nəqliyyatın nizamlı hərəkətini təmin edib.
Qeyd edək ki, yeni cihazların quraşdırılması "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində həyata keçirilib.