Ötən gün axşam saatlarında paytaxtın Maştağa qəsəbəsində piyadanı maşın vurub.
Oxu.Az xəbər verir ki, hadisə “Albalı bağları” deyilən ərazidə baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü Əlirzayeva Elmira Əliağa qızını yolu keçmək istəyərkən avtomobil vurub.
Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. E.Əlirzayevaya qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu
www.oxu.az