Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonunun Ziya Bünyadov prospektində yük avtomobilinin üzərində olan texnikanın yolun hərəkət hissəsinə düşməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumdan "Report"un sorğusuna cavab olaraq bildirib ki, quruma 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iri qabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərindən yol aşan texnika ərazidən götürülüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, artıq avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
Rəylər