Bu səhər Bakının Pirallahı rayonunda leytenant gicgahından yaralanıb. Onun vəziyyəti kritikdir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Türkan-Hövsan yolunda yerləşən N saylı hərbi hissədə, hərbi gəmilərdən birində baş verib.
Yaralı zabit Sərhəd Qoşunlarının leytenantıdır. Hazırda yaralı zabit Nicat Rüstəmov Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya gətirilən zaman qəlpə zabitin başından çıxıbmış. Hazırda xəstə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.
Həkimlər zabiti həyatda saxlamaq üçün əllərindən gələni edirlər.