Bakıda 3 avtomobil toqquşub.
Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı biri yük kranı olmaqla 3 avtomobil toqquşub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində yaralanan 4 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.
Hadisə baş verən ərazidə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması və qəzaya düşən avtomobillərin hadisə yerindən götürülməsi istiqamətində iş aparır.