Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov və Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
Beş avtomobilin iştirakı ilə baş verə qəzada əvvəlcə VAZ-2115 markalı minik maşını “Maserati”yə çırpılıb. Zərbənin təsirindən “Maserati” “Jeep”ə, daha sonra “Kraysler” və “Hyundai” markalı maşına dəyib.
Hadisə nəticəsində VAZ-2115-in sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.