Yanvarın 13-də Bakıda məişət tullantıları arasından silah-sursat hissələri tapılıb.
Oxu.Az xəbər verir ki, təhlükəli tapıntılar “Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aşkar olunub.
İş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıblar. Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb. Müəssisəyə polis dəvət olunaraq silah-sursat hissələri təhvil verilib.
“Təmiz Şəhər” ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursat hissələri bunlardır:
21 ədəd – 5.45 çaplı patron
10 ədəd – 7.62 çaplı patron
1 ədəd – 12.7 çaplı patron
1 ədəd – 30 mm mərmi
