Müğənni Röya Ayxan xalq artisti İlhamə Quliyevanın xanım müğənnilərdən təkcə onunla duet oxumaq istədiyi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında sənətçi xalq artistinin fikirlərindən sonra özünü xoşbəxt hiss etdiyini qeyd edib:
“Hazırda çox xoşbəxt qadınam, çünki Azərbaycanda dəyərli, əfsanəyə çevrilmiş insanlar hər zaman mənim adımı çəkir. Mənsum İbrahimov bu yaxınlarda hər dəfə dediyi kimi söylədi ki, Röyaya qulaq asanda dincəlirəm. İlhamə xanım deyib ki, Röya yeganə qadın müğənnidir ki, onunla duet oxuyaram. Brilyant Dadaşovanın necə vas-vası qadın olduğunu bilirsiz. O da duet oxumaq istədiyi ifaçılar sırasında mənim adımı çəkib. Adama nə lazımdır ki? Güllə vursan da ölmərəm. Uyğun mahnı olsa, İlhamə xanımla sevə-sevə duet oxuyaram. Səs-səda salan mahnıları sevirəm, tərzim də İlhamə xanımla uyğun gələr”.
Müğənni “Bakı 2015” Avropa Oyunlarında avarçəkmə üzrə səfir seçilməyindən da söhbət açıb:
“Bütün Azərbaycanı təbrik edirəm. Avarçəkmə üzrə səfir seçildim. Sudan çox qorxuram, üzə bilmirəm. Getdiyim hovuzlar bir metr yarımdan çox olmur. Lakin bu, önəmli oyundur, dövlət məni də seçibsə, sevə-sevə iştirak edəcəm”.
E.Ə.
www.oxu.az