Balaxanı tullantıların çeşidlənməsi zavodunda iş zamanı məişət tullantıları arasından müxtəlif sənədlər və müxtəlif bank kartları aşkar edilib.
Oxu.Az “Təmiz Şəhər” ASC-nin Facebook səhifəsinə istinadla xəbər verir ki, sənədlər arasında şəxsiyyət vəsiqələri, xarici pasport, avtomobil üçün etibarnamə, sürücülük vəsiqəsi, sağlamlıq kartları var.
Tapılan əşyalar “Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna təhvil verilib.
Sənədlərini itirmiş şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmamasını öyrənə bilərlər.
