Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda ziyanverici həşəratlar aşkarlandı - Dərmanlama işləri həyata keçirilir
Son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarı ilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu da öz növbəsində sakinləri narahat edir.
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır:
"Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur. Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir".
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakıda xüsusi təyinatlı texnikalar işə düşdü: Yüzlərlə işçi qüvvəsi CƏLB EDİLDİ
- "Azercell" səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Bakıda piyadaların rahat hərəkəti üçün xüsusi proqram hazırlanır
- Bakıda iki böyük park istifadəyə veriləcək