Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyə qədər) 4 km-dən çox hərəkət zolağı təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb:
"A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 155 000-dən çox sərnişin daşınır.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırış edirik".
Məlumatda qeyd olunub ki, avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
"Avtobus zolağı" teqi üzrə xəbərlər
- Bakının Şərifzadə küçəsinin bitməyən problemi
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"
- Avtobusların yolda olma müddəti orta hesabla altı dəqiqə azalacaq
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox