Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində sabah saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Bakının bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
- Bakıda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
- Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILIB
- Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
- Xətai rayonunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq