Kanada baş nazirinin mətbuat xidmətinin rəhbəri Terri Qiyon onu lentə alan jurnalistin qoluna vuraraq, telefonunu iki dəfə əlindən yerə salıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Aif.ru" nəşri məlumat verib.
Əlində telefonu olan kişinin onun yolunu kəsdiyini görən Qiyon qadceti özündən itələyib.
"Bu, məni lentə almalı deyil", - deyə o, jurnalistin qəzəbinə cavab olaraq bildirib.
Mətbuat nümayəndəsi mətbuatla əlaqələr şöbəsinin müdirinin arxasınca qaçıb, o isə öz növbəsində yenidən telefonu onun əlindən alıb.
Onu da əlavə edək ki, Qiyon 6 il əvvəl də jurnalistə hücum etmişdi.