Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukraynada azərbaycanəsilli hərbçi itkin düşüb
Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi itkin düşüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Zamiq Şakir oğlu Gülmalıyev Donetsk vilayəti istiqamətində itkin düşüb.
Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z.Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.
İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.
Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.

"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp: "Mən Putinlə görüşənə qədər Ukraynadakı münaqişə bitməyəcək"
- Lavrov İstanbulda baş verənləri "intriqa" adlandırdı
- Tramp: "Ukrayna Baydenin dövründə 350 milyard dolları uşağın əlindən konfet alırmış kimı qapıb"
- Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəkmi? - Peskovdan AÇIQLAMA
- Hakan Fidan: "NATO XİN rəhbərləri müdafiə xərcləri ilə yanaşı, Ukraynanı da müzakirə edəcəklər"