Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağının 9 kv.m sahəsi yanıb, otaqların lambirdən ibarət tavanının isə 40 kv.m sahəsi əriyib.
Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın səhər saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
09:55
Mərkəzi Neftçilər Xəstəxanasında yanğın olub.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın xəstəxanasının saunasında baş verib.
Saunanın tavanının lambir örtüyü 1 kv.m sahədə yanıb. Yanğın söndürülüb.
09:35
Bu gün səhər saatlarından başlayaraq Mərkəzi Neftçilər Xəstəxanası yanmağa başlayıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, yanğın xəstəxananın Bakı şəhər Baş Polis İdarəsinin binası tərəfindən başlayıb.
Hadisə yerinə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunsa da, tıxac olduğundan maşınlar binaya yaxınlaşa bilmir.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.