Dekabrın 15-də Ukraynanın səyahətlər haqqında bu dəfə “Geriyə, SSRİ-yə” silsiləsi çərçivəsində çəkilmiş və Bakıya həsr olunmuş “Oryol və reşka” proqramının yeni buraxılışı təqdim olunub.
Oxu.Az xəbər verir ki, layihənin aparıcıları Andrey Bednyakov və Nastya Korotkaya bu və ya digər şəhərdə çəkilişi bitirdikdən sonra orada “Oryol və reşka”dan hədiyyə - içində 100 dollar, aparıcıların imzaları, üzərində isə proqramın loqotipinin olduğu şüşə butulka yerləşdirirlər.
Bu dəfə proqramdan pulu “Böyük səhnə” telelayihəsinin iştirakçısı Elvin Babaşov tapıb.
İfaçı fotoşəkilləri Facebook sosial şəbəkəsində paylaşıb.