Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının ən böyük yay rəqs meydanında unudulmaz anlar yaşandı
İyunun 8-də "SEA BREEZE Summer LIVE" çərçivəsində yay musiqi mövsümünün möhtəşəm açılışı baş tutub.
Oxu.Az xəbər verir ki, "RAAVA Music" leyblinin demək olar ki, bütün artistləri - Elman, Andro, Mona və Toni, həmçinin EMIN, "Vintaj" qrupu, Ellai, Hiss, Mehin Hümbətova, Murad Arif, Bahh Tee & Turken və Fahree & İlkin Dovlatov duetləri əla əhval-ruhiyyə bəxş ediblər.
Axşamın aparıcısı isə xarizmatik Kostya Bravo olub. Fan zonası bu mövsümdə iki dəfə böyüdülüb, bu isə ulduzlu səma altında coşqun rəqslər üçün daha çox yer deməkdir.
Bakının ən böyük yay rəqs meydanında unudulmaz anlar yaşanıb.
Daha çox şəkil PhotoStock.az-da: