Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qalatasaray"ın yeni transferini "Fənərbağça"nın baş məşqçisi açıqladı
"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın ulduz futbolçunu heyətinə qatmaq üzrə olduğunu açıqlayıb.
RTP Portuqaliya telekanalına müsahibə verən Mourinyo "Rafa Silva "Fənərbağça"ya gələcəkmi?" - sualını cavablandırıb.
Portuqaliyalı çalışdırıcı "Rafa Silva əla oyunçudur, amma eşitdim ki, o, "Qalatasaray"a transfer olmaq üzrədir", - deyə bildirib.
Əslində Rafa Silva Səudiyyə Ərəbistanı komandalarından olan "Əl Şabab"a transfer olunmalı idi. Lakin Səudiyyə Ərəbistanı hökumətinin futbol fondu lazımi vəsaiti ayırmadıqdan sonra danışıqlar nəticəsiz qalıb və futbolçunun Türkiyəyə gəlmə ehtimalı artıb.
Qeyd edək ki, Rafa Silva 2016-cı ildə "Benfika" ilə müqavilə imzalayıb. Onun müqaviləsi iyulun 1-də başa çatacaq və portuqaliyalı futbolçu sərbəst qalacaq.
Mənbə: Haber Global
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray" Bernardo Silvanın menecerini Türkiyəyə dəvət etdi
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edən klublar bəlli oldu
- UEFA Avropa Liqası tarixinin çempionları kimlərdir?
- Viktor Osimhen qərarını "Yuventus"a bildirdi
- "Qalatasaray" Dris Mertensə düşünməsi üçün iki ay vaxt verdi