Bakıda bir əsr yaşı olan nənə dünyasını dəyişdi.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ağbirçək qadın bu gün səhər saat 07:00-da Xəzər rayonu ərazisində dünyasını dəyişib.
Belə ki, Qala qəsəbəsində yaşayan yaşı 100-ü ötən Zəhra Musayevanın halı bu səhər pisləşib. Yaşlı qadına kömək üçün təcili yardım çağırılıb.
Lakin həkimlər gələnə qədər bir əsrlik ömür yaşayan nənə həyatla vidalaşıb.
Allah rəhmət eləsin!
E.Ə.
www.oxu.az