Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI
Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Belə ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.
Eləcə də Yavər Əliyev küçəsi – (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol - (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Könül Cəfərli