Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının əsas prospektində hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırıldı
Bakının Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və problem günün birinci yarısı həll olunub.
Qurum nəzərə çatdırıb ki, elanda suyun əvvəlki rejimlə günün iki yarısından sonra verilməsi qeyd edilmişdi. Lakin işlər tez yekunlaşdırıldığından hazırda Nərimanov rayonu üzrə abonentlərin su təchizatı bərpa edilib.
Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.
Qəza baş verəndən dərhal sonra əraziyə AAYDA-nın və aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qəza aradan qaldırıldıqdan sonra AAYDA tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- "Azərbaycan Dəmir Yolları" QSC lisenziya və icazə tələbindən azad olunur
- Bakıda bir dairə ləğv edilir: Məşhur restoran SÖKÜLÜR
- AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək
- Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
- AAYDA: "Sərsəngdən Umudluya gedən avtomobil yolu yük və sərnişin daşınmasını asanlaşdıracaq"