"Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi Slavko Vinçiçin derbi üçün aldığı qonorar bəlli olub.
Oxu.Az xəbər verir ki, sloveniyalı derbini idarə etmək üçün 3600 avro alıb. Vinçiçin üç köməkçisi isə ayrı-ayrılıqda 2300 avro qazanıblar.
Bundan əlavə, Vinçiç və köməkçilərinə gündəlik 350 avro xərclik verilib.
Qeyd edək ki, Slavko Vinçiçə derbidə Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edib.