Paytaxtın Hövsan yolu və Zığ dairəsi-Hava Limanı istiqamətindəki işıqforla bağlı problem aradan qaldırılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, ərazidə elektrik enerjisinin kəsilməsi səbəbindən işıqforlar işləmirdi. Hazırda isə, problem həllini tapıb.
Bakının daha bir ərazisində işıqfor problemi yaşanır.
Oxu.Az xəbər verir ki, paytaxtın Hövsan yolu və Zığ dairəsi-Hava Limanı istiqamətindəki işıqforlar yanmır.
Hava şəraitini də nəzərə alsaq, sözügedən ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib. Vətəndaşlar mənzilbaşına vaxtında çatmaqda çətinlik çəkiblər.
Həmin görüntüləri təqdim edirik:
Bakının 8 Noyabr prospektində elektik enerjisinin verilişi bərpa edilib və işqforların işi bərpa olunub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (işıqforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir:
"Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkəti, yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və texniki heyətin sayı artırılıb.
Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər".
Bakının 8 Noyabr prospektində işıqforun işləməməsinin səbəbi məlum olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforun işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:
"Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə aidiyyəti qurum tərəfindən işlər görülür" - deyə Ö. Xıdırov bildirib.
Bakının 8 Noyabr prospektində işıqfor işləmir.
Oxu.Az xəbər verir ki, axşam saatlarında, prospektin "Nargilə" dairəsi istiqamətindəki işıqforun fəaliyyətində texniki nasazlıq yaranıb.
Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, sürücülər saatlarla yolda qalıblar.