Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda yağışlı hava qəzalara səbəb oldu: 16 istiqamət üzrə sıxlıq müşahidə edilir
Hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti azalıb. Bu səbəbdən bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Məlumata görə, bəzi sürücülərin avtomobil idarə edərkən düzgün ara məsafəsi saxlamaması səbəbindən bir neçə yol-nəqliyyat hadisəsinin baş verməsi, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması da sıxlıq olmayan yollarda belə nəqliyyatın hərəkətində problemlər yaradıb.
NİİM-in əməkdaşları müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarətdə saxlayır, sıxlıqların aradan qaldırılması məqsədilə yol polisi tərəfindən tədbirlər görülür.
Hazırda:
1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Akademik Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
10. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
11. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Babək prospekti, mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. Zərifə Əliyeva küçəsində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Rəylər