Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakının hansı küçələrində sıxlıq var? - 13.06.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
6. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.