"Qalatasaray" komandasının "Bavariya" klubundan transfer etdiyi Leroy Sane ilə bağlanmış müqavilənin detalları müəyyənləşib.
Bu barədə Oxu.Az "Sabah" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, 29 yaşlı almaniyalı futbolçu İstanbul təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.
O, hər mövsüm üçün 9 milyon avro maaş alacaq.