Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda özlərini təhlükəyə ataraq yolu nəzərdə tutulmamış yerlərdən keçən piyadaların görüntülərini yayımlayıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə yolu nəzərdə tutulmamış yerlərdən keçən, təhlükəsizlik qaydalarını unudub həyatlarını riskə atan piyadalar yer alıb. Onların ərazidə piyada keçidi olmasına baxmayaraq niyə bu addımı atması çox maraqlıdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən vətəndaşlara müraciət edilərək, “Həyatımızı təhlükəyə atmayaq!” deyə bildirilib.
Qeyd edək ki, bu il ərzində ölkə üzrə piyadaların vurulması ilə bağlı baş vermiş yol qəza hadisələri nəticəsində 398 nəfər ölüb, 784 nəfər isə xəsarət alıb.
Elvin Əhmədov
www.oxu.az