Bakının mərkəzində tıxac yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Koroğlu Rəhimov küçəsi ilə Gülayə Qədirbəyova küçəsinin kəsişməsində aparılan yol təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektində, Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, Neftçilər prospekti Dəniz Vağzalının qarşısında tıxac yaranıb.
Digər küçələrdə isə yaranan tıxac iş gününün bitməsi ilə əlaqədardır.
Tıxac əsasən 28 May, Rəşid Behbudov, Şeyx Şamil, Ağa Nemətulla küçələrində, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, Mətbuat prospektində və Bakı-Sumqayıt şosesində müşahidə olunur.
Xatırladaq ki, səhər saatlarında da paytaxtın qeyd olunan ərazilərində uzunmüddətli tıxac yaranıb.
Qeyd edək ki, bu gün səhər saatlarından yaranmış tıxacın əsas səbəbi kimi Koroğlu Rəhimov küçəsində qəfil başlanan təmir işləri göstərilir. Təmir işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır. Yol üç gündən sonra açılacaq.