Bakının Heydər Əliyev prospektində qəza baş verib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, əsas yolda (23-cü polis bölməsinin qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində prospektin hər iki istiqamətində tıxac müşahidə olunur.
Sürücülərə kənar yollardan istifadə etmələri tövsiyə olunur.