Bakının mərkəzində ağacları kəsirlər.
Oxuculardan biri Oxu.Az-a məlumat verib ki, Bakının Nəsimi rayonunda Bakı Dövlət Sirkinin arxasında ağacları məhv edirlər.
Oxucu bildirib ki, ağacların kəsimi gecədən səhərə qədər davam edir. Gündüzlər isə bu işlər dayandırılır.
Hadisə ilə bağlı vətəndaş redaksiyamıza müvafig görüntüləri göndərib, lakin o qeyd edib gecə vaxtı qaranlıq olduğu üçün şəkil çəkmək mümkün olmur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, artıq nazirliyin əməkdaşları əraziyə göndərilib və müvafiq araşdırmadan sonra ətraflı məlumat veriləcək.
Elvin Əhmədov
www.oxu.az