Deputat Azər Badamov Bakı şəhərində tıxac problemini aradan qaldırmaq üçün göydələnlərin tikintisinə məhdudiyyət qoyulmasını təklif edir.
Oxu.Az-ın xəbərinə görə, millət vəkili bu təklifini parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı səsləndirib.
A.Badamov bildirib ki, Bakıda göydələnlərin sayının çoxalması yenidən tıxac problemini gündəmə gətirir:
“Ona görə hesab edirəm ki, bu problem həll etmək üçün şəhərin mərkəzində göydələnlərin tikintisinə məhdudiyyət qoyub, Bakıətrafı boş ərazilərdə yeni yaşayış massivlərinin, qəsəbələrin salınmasına başlanılmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az