Bakıda jurnalistə hücum edilib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, dünən axşam saatlarında “Avtostop” verilişinin aparıcısı Səməd Ağayev gözlənilməz hücuma məruz qalıb.
Bakı küçələrindəki vəziyyəti tamaşaçılara göstərmək istəyərkən, ona kimliyi bəlli olmayan şəxs tərəfindən təzyiq göstərilib.
Hadisə ilə bağlı yayılan görüntülərdə həmin adamın maşından düşərək, jurnalistə yaxınlaşdığı əks olunub.
Qeyd edək ki, hadisə Afiyəddin Cəlilov küçəsində baş verib.