Dünən Gənclərin III Ümumrespublika Teatr Festivalı Bakıda maraqlı fleşmob keçirib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, Sahil bağında keçirlən fleşmobda gənclər narkotik asılılığa, qanunsuz psixotrop dərmanlara yox deyib. Azərbaycan Dövlət Dram Teatrının yaradıcılıq studiyasında hazırlanmış “NARKOSTOP” fleşmobun video görüntülərini təqdim edirik.
Qeyd edək ki, Gənclərin III Ümumrespublika Teatr Festivalı bu gündən start götürüb. 3 ay davam edəcək festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclər və İdman, eləcə də Mədəniyyət və Turizm Nazirliklərinin birgə layihəsi olan festivala 2 il ərzində 250-dən çox istedadlı, yaradıcı gənc qoşulub. Bu il 3-cüsü keçiriləcək festivalın mövzusu narkomaniyadır. Gənclər birlikdə “NARKOSTOP” deyəcəklər.