Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı
Güclü külək səbəbindən paytaxtın mərkəzində yerləşən məlumatverici lövhə aşıb.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi, 53 ünvanında baş verib.
Yol kənarında hündürlükdə yerləşən lövhə yolda hərəkət edən 61 saylı avtobusun kənarına aşıb. Aşmış lövhə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Hərəkət müvəqqəti dayanıb və avtobusun yan hissəsinə ilişib qalan lövhə yaxınlıqda olan şəxslərin köməyi ilə götürülüb.
Bundan sonra sərnişin avtobusu yoluna davam edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
"Güclü külək" teqi üzrə xəbərlər
- Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı, hərəkət dayandı
- Azərbaycanda küləyə görə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
- Bakıda və Abşeron yarımadasında yağış, sulu qar yağacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı
- Bakıda küləyin sürəti 21 m/s təşkil edir - FAKTİKİ HAVA - 05.02.2025
Ən çox oxunanlar
Rəylər