Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kevin De Bruynenin yeni komandası bəlli olub
Belçikalı pleymeyker Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda "Mançester Siti"ni tərk edəcək.
Oxu.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi artıq yeni klubu ilə bağlı da qərarını verib. O, karyerasını ABŞ-də davam etdirəcək. Təcrübəli oyunçu ABŞ-nin "San Dieqo" klubuna keçidə razılaşıb.
De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun ingilis klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. "Transfermarkt" ulduz futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
"Kevin De Bruyne" teqi üzrə xəbərlər
- Kevin De Bruyne "Mançester Siti"də qalacaq?
- Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı
- Kevin De Bruyne karyerasını ABŞ Liqasında davam etdirəcək
- "Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib
- "Ən-Nəsr" Kevin De Brüyneyə kosmik maaş təklif edib
Ən çox oxunanlar