UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində Belçika millisi doğma meydanda Türkiyə yığmasını qəbul edib.
Oxu.Az xəbər verir ki, A Liqasının I qrupunda Lyej şəhərində keçirilən qarşılaşmada meydan sahibləri qalib gəliblər - 3:0.
Belçika millisinin qollarını Kevin De Bruyne (10-cu və 60-cı dəqiqələr) və Romelu Lukaku (76-cı dəqiqə) vurublar.
Qrupda üç oyundan sonra Belçika millisinin 6 xalı var. Türkiyə yığması isə hələ də xal qazana bilməyib.
Qaynar xətt:
(055) 224 12 12