UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, oyun günündə ümumilikdə 10 qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü A Liqasının I qrupunda Fransa və İtaliya milliləri arasında keçirilib. Matç heç-heçə ilə yekunlaşıb - 1:1.
Fransa millisinin heyətində Maykl Olise (55-ci dəqiqə), İtaliya yığmasında isə Alessandro Bastoni (68-ci dəqiqə) fərqlənib.
Bu nəticədən sonra Fransa millisi qrupda keçirdiyi üç oyunda 7 xal toplayıb. İtaliya yığmasının hesabında isə 4 xal var.
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, I qrup
B Liqası, II qrup
Macarıstan - Gürcüstan - 1:0;
Ukrayna - Şimali İrlandiya - 0:3.
B Liqası, IV qrup
Bosniya və Herseqovina - İsveç - 1:1;
Polşa - Rumıniya - 6:0.
C Liqası, II qrup
Kipr - Ermənistan - 2:0;
Latviya - Monteneqro - 1:2.
C Liqası, III qrup
Qazaxıstan - Moldova - 1:2;
Farer adaları - Slovakiya - 1:1.