Bakının mərkəzində Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət etmək istəyən sürücülər bu yoldan istifadə edə bilərlər.